DSX hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən şəxslər üçün işə qəbul elan edib. Bu haqda oktyabrın 9-da DSX-nın mətbuat mərkəzi məlumat verib.
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçməli, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər DSX-nın Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.