Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 36 547 borcalana 1,9 milyard manat kredit verib. Bu barədə 17 dekabr tarixində Report Fonda istinadən xəbər verib.
Qeyd edək ki, indiyə qədər 235 milyon manatdan çox biznes kreditlərinə zəmanət verilib.
Fond 2017-ci ildə “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb.