“Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb. Bu barədə dekabrın 23-də APA məlumat paylaşıb.
Məlumata əsasən, buraxılış Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illiyinə həsr olunub. Markanın müəllifi rəssam Orxan Qarayevdir.
Yenilik 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.
“Azərpoçt” mütəmadi olaraq əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.