"Uzbekistan Airways" aviaşirkəti martın 15-dən Azərbaycana müntəzəm reysləri bərpa edir. Bu haqda məlumat aviaşirkətin rəsmi portalında yerləşdirilib.
Uçuşlar hər həftənin çərşənbə axşamı baş tutacaq. Biletin qiyməti 512 manatdan başlayır.
Aprel ayından isə Daşkənd-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə, çərşənbə axşamları və cümə axşamları həyata keçiriləcək.