Biləsuvarda polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və həblər dövriyyədən çıxarılıb. Bu haqda noyabrın 1-də DİN məlumat verib.
Əməliyyat zamanı 3 nəfər Bakı şəhər sakini saxlanılıb. Onların idarə etdikləri avtomobil Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı avtomobildən 4 kiloqram 260 qram heroin, 3 kiloqram 160 qram metamfetamin, 240 qram qurudulmuş marixuana və 10 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.