Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən sayt rəhbərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda mayın 31-də Report xəbər verib.
Qeyd edək ki, Etibar Əliyev (Etibar Toğrul) “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında isə redaktor kimi fəaliyyət göstərib. O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portallarının rəhbəridir.
Etibar Əliyevə qarşı Cinayət Məcəlləsinin “dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham irəli sürülüb.