Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov mayın 27-də Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Quba Rayon Polis Şöbəsinin binasında keçiriləcək qəbula mayın 26-dək yazılmaq olar. Bunun üçün vətəndaşlar yaşadıqları ərazinin polis orqanına, habelə mia.gov.az portalı vasitəsilə və DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.