Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün 19 dekabr tarixində sınaq imtahaları təşkil olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi 16 dekabr tarixində məlumat verib.
Ümumilikdə 3780 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində keçiriləcək.
Sınaq imtahanı saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.
Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahana buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə ilə mümkün olacaq.