Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barrel təşkil edib. Bu barədə 12 yanvar tarixində Energetika Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, 597,1 min barrel xam neft, 120,5 min barrel isə kondensat hasil edilib.
Qeyd edək ki, “OPEC plus” ölkələrinin nazirlərinin razılaşmasına əsasən, 2022-ci ilin yanvarında Azərbaycanda gündəlik xam neft hasilatı 7 min barrel artırılaraq 661 min barrelə çatdırılacaq.