Azərbaycanda 2022-ci ildə işçilərin orta aylıq əməkhaqqılarının 811 manat təşkil edəcəyi gözlənilir. Bu məlumat “Deloitte” şirkətinin hesabatında öz əksini tapıb .
Sənəddə orta aylıq əməkhaqqının 2023-cü ildə 992 manat, 2024-cü ildə 1 058 manat, 2025-ci ildə isə 1 143 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ölkədə 2021-ci ildə işçilərin orta aylıq əməkhaqqı 732,1 manat təşkil edib. 2022-ci ilin 1 yanvar tarixindən Azərbaycanda minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılıb.