Bütün hallarda məhkəməyəqədərki proseslərdə mediasiya özünü doğrultmur.
İnsanoid.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, vətəndaş məhkəmədən əvvəl mediasiyanı istəmirsə, onu məcbur etmək lazım deyil: “Mediatorlar ixtisaslaşdırılmalıdır. Boşanmış biri mediator olmamalıdır. Boşanmış bir şəxs gedib sertifikat alıb ailə məsələləri üzrə mediator kimi çıxış edə bilməz. Bu barədə məhdudiyyətlər tətbiq olunmalıdır”.