Astara gömrük-sərhəd keçid məntəqəsində baş verən sıxlıq İran tərəfində yaranan kompüter sistemindəki nasazlıqla əlaqəlidir. Bu barədə oktyabrın 19-da Gömrük Komitəsindən bildirilib.
Gömrük Komitəsi Azərbaycana qarşı irəli sürülən ittihamları əsassız adlandırıb: “İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur”.
Ötən gün bəzi kütləvi informasiya vasitələrində yayılan iddialara görə, Astara sərhəd məntəqəsində yaranan sıxlığı Azərbaycan tərəfi İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən edib.