Gorus-Qafan yolunda qurulan Qubadlı postundan milyonlarla vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə dekabrın 7-də Dövlət Gömrük Komitəsinin rəsmisi İsmayıl Hüseynov Baku TV-yə bildirib.
Qeyd edilib ki, 2021-ci ilin sentyabrın 12-dən fəaliyyət göstərən post ölkə ərazisində qurulan digər postlardan fərqlənmir. Qubadlı postundan keçən nəqliyyat vasitələri dövlət rüsumu və yol vergilərinə cəlb olunur. Eyni zamanda işğaldan azad edilən digər ərazilərdə də keçid məntəqələrinin qurulması nəzərdə tutulub.
İsmayıl Hüseynov, həmçinin Azərbaycanın əsasən cənub sərhədlərində narkotik qaçaqmalçılığının qeydə alındığını vurğulayıb: “Cari ildə 2,5 ton narkotik vasitə dövriyyədən çıxarılıb. Onlardan 95%-i cənub sərhədlərindən götürülüb”.