Dövlət Miqrasiya Xidməti oktyabrın 28-də xarici dövlətlərin vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir ki, həmin vətəndaşlar qanunvericiliyə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidirlər.
Əvvəlcə qurumun rəsmi səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir. Bundan sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.
"Sənəd üzrə məlumatlar" hissəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir.
Daha sonra isə “şəxsi məlumatlar” və "müraciət məlumatları" pəncərələrində xanaların doldurulması tələb olunur.