Azərbaycanda dörd yeniyetmə oğlan bir nəfəri alçaldaraq “TikTok”da video paylaşıblar. Bu barədə aprelin 28-də Oxu.az xəbər verib.
Onlar digər yeniyetmənin üzr istəməsini tələb etməklə onu telefona çəkiblər. Daha sonra isə uşaqlardan biri oğlanın üzünə yumruq atıb.
İnsidentin Ağdaşda baş verdiyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.