Hazırda İranla dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhədçilərinin nəzarəti altındadır. Bu haqda oktyabrın 11-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Azərbaycanın dövlət maraqlarına qarşı yönələn təxribatın qarşısı qətiyyətlə alınacaq”, - deyə qurumdan bildirilib.
Sərhəd Xidməti, həmçinin İranın bəyanatlarını həqiqətə uyğun olmadığını qeyd edib: “Azərbaycan sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır”.
Məlumatda eyni zamanda qeyd edilib ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycanın suveren hüququdur.