Dövlətə xəyanətə görə Azərbaycan vətəndaşı Zəkiyev Aydın Zəki oğlu həbs edilib. Bu barədə oktyabrın 2-də Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
İstintaq zamanı müəyyən edilib ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa razılıq verib. Daha sonra o, Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsi barədə məlumatları Ermənistana ötürüb və ona göndərilən həqiqəti əks etdirməyən məlumatları yayaraq Azərbaycanda etnik zəmində qarşıdurma yaratmağa çalışıb.
Aydın Zəkiyev “dövlətə xəyanət” maddəsi və digər cinayət faktlarına görə məhkəmənin qərarı ilə həbs edilib.