Gəncədə qəzaların qarşısının alınması ilə əlaqədar avtoxuliqanlara qarşı reyd keçirilib. Bu barədə dekabrın 11-də DİN məlumat yayıb.
Aparılan monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib. Bundan başqa bəzi sürücülər şəhər ərazisində təhlükəli manevrlər edərək, ictimai-asayişi pozub. Bu hərəkətlərin videoya çəkərək sosial şəbəkələrdə paylaşılması vətəndaşların narazılığına səbəb olub.
Həmin sürücülər ilə profilaktik söhbətlər aparılıb və barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.