"Sürücülərə müraciət edərək paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər". Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov noyabrın 8-də bildirib.
Bölmə rəisi qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində xəbərdarlıq edib: "Kütləvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar”.
Dünən Dövlət Yol Polisi Bakıda keçirilən Zəfər Günü tədbirləri ilə əlaqədar sürücülərə müraciət edib. Buna baxmayaraq, bəzi sürücülərin məsuliyyətsizliyinə görə Neftçilər prospektində qəzalar baş verib və tıxaclar yaranıb.