“Yol Hərəkəti Haqqında Qanun”u Azərbaycan vətəndaşları ilə yanaşı ölkədə müvəqqəti və ya daimi yaşayan əcnəbilər üçün də eyni hüquqi qüvvəni daşıyır. Bu barədə 2 noyabr tarixində BDYPİ-nin polis mayoru Araz Əsgərli Report-a bildirib.
“Qanunları bilməmək heç kimi məsuliyyətdən azad etmir”, - deyə Araz Əsgərli qeyd edib.
Azərbaycan Miqrasiya Məcəlləsinə əsasən, inzibati tənbeh tədbirləri icra edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanı tərk etməsi müvəqqəti məhdudlaşdırıla bilər.
Polis mayorunun sözlərinə görə, hər bir şəxs yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Əcnəbi vətəndaş inzibati məsuliyyətdən yayınaraq Azərbaycanı tərk edərsə gələcəkdə ölkəyə daxil olarkən onun girişinə məhdudiyyət qoyula bilər.