Cari ilin 11 ayı ərzində Bakıda 458 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə yaralanıb. Bu barədə dekabrın 20-də Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Ümumi hadisələrin 268-i isə piyada vurma olub. Nəticədə onlardan 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.
“Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrin əsasən sürücülərin diqqətsizliyi (yuxulu və sərxoş halda sükan arxasına keçmə halları, nasaz avtomobil və sair) və piyadaların məsuliyyətsizliyi ucbatından baş verir”, - deyə DYP rəsmisi qeyd edib.