Bakı Şəhər Dövlət Yol Polisi paytaxtda süni sıxlıqların yaşanmaması üçün gücləndirilmiş qaydada tədbirlərə başlayıb. Bu haqda oktyabrın 20-də İdarənin baş inspektoru məlumat verib.
“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Belə hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - deyə inspektor vurğulayıb.