Yanvarın 11-də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil yollarını və parkinq yerlərini qanunsuz olaraq zəbt edən şəxslərə xəbərdarlıq edib. Bu haqda İdarənin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə əsasən, nəqliyyat vasitələrinin hərəkətinə süni maneələrin yaradılması, sədlərin və şlaqbaumların quraşdırılması qadağandır. Bu, hərəkət iştirakçılarının narazılığına səbəb olur və inzibati məsuliyyət yaradır.
Buna görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat civarında cərimə oluna bilərlər.