Azərbaycanda eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğət hazırlanaraq istifadəyə verilib. Bu haqda sentyabrın 24-də APA məlumat yayıb.
Elektron lüğətdə 3000-ə qədər söz və söz birləşməsi jestləri və 2100-dən artıq jest videoları yerləşdirilib.
Onlayn lüğətin üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin axtarışını asanlıqla aparmağa imkan verməsidir. Saytın mobil versiyası da istifadəyə verilib.