“Azərsun Sənaye Parkı”nda baş verən yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək üçün monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb. Bu barədə aprelin 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1,2 dəfə, azot-2 oksid 3,7 dəfə, dəm qazı isə 1,3 dəfə normadan yüksək olub.
“Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”, - deyə qurumdan əlavə edilib.