Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi üzrə müsabiqə keçiriləcək. Bu barədə 2 noyabr tarixində KOBİA-nın rəsmi səhifəsində məlumat yayılıb.
Hər bir layihənin maksimum 20 min manat məbləğində maliyyələşdirilməsi nəzərdə tutulub. Müsabiqəyə hər bir kiçik və orta sahibkarlıq subyekti qoşula bilər. Hər sahibkar Azərbaycan dilində olmaq şərti ilə 1 layihə təqdim edə bilər. Layilərin icra müddəti 3 aydan 12 aya qədər olmalıdır.
Sənədlərin qəbulu 15 noyabr – 14 dekabr 2021-ci il tarixlərində həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri lazımi sənədlərlə elektron formada ([email protected]) və ya birbaşa Agentliyə müraciət edə bilərlər. Müsabiqə 16 dekabr 2021-ci il tarixindən 10 fevral 2022-ci il tarixinədək keçiriləcək.
Müsabiqənin şərtləri ilə bağlı əlavə məlumatları linkdən əldə etmək olar.
Nəticələr barədə məlumat 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.