"Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında Yasamal Rayon İcra Hakimiyyəti və TƏBİB tərəfindən avtobusda mobil vaksinasiya məntəqəsi təşkil edilib. Bu haqda Trend sentyabrın 20-də məlumat yayıb.
Səyyar məntəqədə yalnız Çin istehsalı olan "Sinovac" vaksini mövcuddur.
Daha öncə TƏBİB tərəfindən “Koroğlu”, “Əhmədli” və “20 yanvar” metro stansiyalarının yaxınlığında yerləşən “Bravo” hipermarketlərində, eləcə də “Park Bulvar”, “28 Mall”, “Dəniz Mall” ticarət mərkəzlərində və Abbas Mirzə Şərifzadə, Əsəd Əhmədov küçələrində səyyar vaksinasiya təşkil edilib.
Məntəqələr həftənin 6 günü saat 9:00-dan 19:00-a qədər fəaliyyət göstərir.
Azərbaycanda bugünədək 3 milyondan çox insan COVID-19 əleyhinə peyvənd olunub.