Şirvan şəhərində yol qəzası baş verib.
İnsanoid "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini Əlvan Zeynalov "Cherry" markalı avtomobili ilə İstiqlaliyyət küçəsində hərəkətdə olarkən, yolu keçən 84 yaşlı piyada Sabir Ələkbərovu vurub. S. Ələkbərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Ələkbərov Azərbaycan SSR-nin güləş üzrə idman ustası və Azərbaycanın Əməkdar müəllimi olub.
![]()