“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, danışırıq və öyrədirik”, - deyə oktyabrın 13-də “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirib.