Bir ilə yaxındır ki, erməni əsirliyindən azad edilən Dilqəm Əsgərov Qarabağa səfər edib. Bu barədə oktyabrın 18-də Baku.Ws məlumat verib.
“Şuşa şəhərində, Laçında və Qubadlıda oldum. Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm”, - deyə Dilqəm Əsgərov söyləyib.
Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulun 11-də Kəlbəcər rayonunda öz yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
Ermənilər onların üzərində qanunsuz məhkəmə quraraq Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyeva isə 22 il müddətinə azadlıqdan məhrum edilmə hökmü oxuyublar.
İkinci Qarabağ müharibəsi dövründə əsirlər saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparılıblar.
Ötən ilin dekabrın 14-də 6 illik əsirlikdən sonra Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətiriliblər.