Ermənistan Azərbaycanla dəmir yolunun bərpasına xərclənəcək vəsaitin məbləğini hesablayıb. Bu barədə dekabrın 16-da Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Onun sözlərinə görə, dəmir yolunun iki hissəsinin tikintisi üçün 1,2 milyard dollar lazım olacaq:
- Meğri hissəsində dəmir yolunun bərpasına təxminən 200 milyon dollar tələb olunacaq;
- 1 milyard dollardan çox vəsait isə Ermənistanın Sünikdəki sərhədindən Azərbaycanın Horadiz şəhərinə qədər olan hissəsinə xərclənəcək.
Daha öncə, dekabrın 15-də Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı
razılıq əldə edilib.