Ermənistan silahlı qüvvələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonundan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mövqelərimiz səbəbsiz intensiv atəşə məruz qalıb. Bundan başqa yol işləri aparan traktorumuz və 2 ədəd KamAZ markalı avtomobil də atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Nazirlik bildirib ki, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
[URIS id=13114]
Video: YouTube Azərbaycan Respublikası Müdafiə Nazirliyi