Azərbaycan Ermənistanla sərhədə qədər dəmir yolunun tikintisini 2023-cü ilin sonuna kimi başa çatdırmağı planlaşdırır. Bunu dekabrın 18-də Prezident İlham Əliyev bildirib.
Daha öncə, dekabrın 15-də Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı razılıq əldə edilib. Ermənistan Azərbaycanla dəmir yolunun bərpasına 1,2 milyard dollar xərclənəcəyini hesablayıb.