Paşinyan Ermənistan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını təklif edib.
İnsanoid.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təmsil etdiyi dövlətin Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsi üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurlarını tətbiq etməyi təklif etdiyini açıqlayıb. Bu Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında daha asan və sürətli keçidin təmin edilməsinə yönəlib. Paşinyan bu təklifi regionda qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi məqsədilə irəli sürdüklərini vurğulayıb.