Bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağla bağlı açıqlama verib.
İnsanoid.com xəbər verir ki, spiker “Həmin ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir” deyib.
O, eyni zamanda qeyd edib ki, bu gün müxalifətdə təmsil olunan qüvvə hakimiyyətdə olduğu dövrdə də separatçı rejimi müstəqil dövlət kimi tanımayıb. Bunun səbəbi isə ərazinin beynəlxalq səviyyədə Azərbaycanın tanınmış ərazisi olması olub.