Ermənistan və Türkiyə artıq Gümrü-Qars dəmir yolunun işə salınması üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılığa gəliblər.
İnsanoid.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri İstanbulda keçirilən “3+3” platformasının iclasında bildirib ki, bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşlar və yükdaşımalarına qoyulan qadağaların qarşılıqlı ləğvi ilə bağlı əvvəllər qəbul edilmiş qərarları tamamlayır.
"Bu, Ermənistan və Azərbaycan arasında dəmir yolunun işə salınması ilə yanaşı, Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək", - deyə Mirzoyan qeyd edib.