Bakıda evdən bank kartı oğurlayan 2 nəfər saxlanılıb. Bu barədə aprelin 30-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə aprelin 26-da Səbail rayonu, M.İbrahimov küçəsindəki evlərin birində qeydə alınıb. Ev sahibəsinə məxsus bank kartı və hesabındakı 1 200 manat çıxarılaraq oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı sakinləri - Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.