Bugün “Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan turizm həftəsi başlayıb. Bu barədə 11 oktyabr tarixində Dövlət Turizm Agentliyi rel="nofollow">məlumat yayıb.
Azərbaycan sərgidə "Gələcəyin toxumları" tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil edilir. Tədbirdə ilk növbədə Azərbaycanın aqro və qastro turizm imkanları nümayiş olunur. Həmçinin “Dad gəmisi” adlı milli turizm məhsulunun təqdimatı keçirilib.
“Expo 2020 Dubai" sərgisində Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar göstərilib.
Sözügedən sərgi 1 oktyabr tarixindən başlayıb və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
[gallery size="large" ids="9578,9579,9580"]