Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycana fərdi zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilə bilər. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Sözügedən dəyişikliyin 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub.