Oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli şəhərinin təməlini qoyub. Bu barədə president.az saytında məlumat verilib.
[gallery columns="1" size="large" ids="10395"]
İlham Əliyev və Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Dövlət başçısı rayonun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Füzuli Memorial Kompleksinin və Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməl daşlarını qoyub.
Həmçinin Füzuli Memorial Kompleksinin layihələndirilməsinə və tikintisinə 1,5 milyon manat ayrılıb. Bununla bağlı müvafiq sərəncam imzalanıb.