Füzuli rayonunda erməni hərbçilərinin atıb qaçdığı silah-sursat aşkar edilib. Bu barədə DİN dekabrın 7-də məlumat verib.
Məlumata əsasən, 1 minaatan qurğusu, 1 avtomat, 1 qumbaraatan, 56 qumbaraatan mərmisi, 22 əl qumbarası, 21 partladıcı vasitə, 1 rabitə qurğusu, 20 sandıq, 1 600 patron, 124 ədəd 30 millimetrlik mərmi və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Daha öncə, dekabrın 2-də Xocavənddə 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq və 5 435 patron aşkarlanmışdır.