"Dünən Azərbaycanda yeni hava limanının açılışını etdik. İnşallah, Füzulidən İstanbula gediş olacaq". Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də söyləyib.
"Yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Ermənilərin basdırdığı minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahəsinə çevrilir", - deyə Türkiyə Prezidenti qeyd edib.