Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində polis əməkdaşları 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Faqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edib. Bu barədə 30 oktyabr tarixində Report məlumat verib.
Aşkar edilən silah-sursat aidiyyəti üzrə təhvil verilib.