Füzulidə nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən silah-sursat aşkar edilib. Bu barədə yanvarın 10-da Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, 2 pulemyot, 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 patron aidiyyəti üzrə təhvil verilib.