Dekabrın 9-da Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə sürücü dünyasını dəyişib, sərnişin isə yaralanıb. Bu barədə APA məlumat verib.
Belə ki, BMW markalı avtomobil traktorla toqquşub. Avtomobilin 65 yaşlı sürücüsü hadisə yerində dünyasını dəyişib, 44 yaşlı sərnişin isə xəsarət alıb.
Yaralı 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona bədənin müştərək, qapalı kəllə-beyin, döş qəfəsinin küt travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub.