top
Fariz İsmayılzadə deputat seçilərsə “ADA”-da prorektorluqdan imtina edəcəkmi?-MÜSAHİBƏ
22 avqust 2024, 06:15
- ↺ +

Fariz İsmayılzadə deputat seçilərsə “ADA”-da prorektorluqdan imtina edəcəkmi?-MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


“Lənkəranda daha çox infrastruktur – yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq sürüşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur”. Bu sözləri müsahibəsi zamanı ADA universitetinin prorektoru, deputatlığa namizəd Fariz İsmayılov deyib.

İnsanoid Cenublu.az-a istinadən müsahibəni sizə təqdim edir:

Fariz İsmayılzadə 1978-ci ildə Lənkəranda anadan olub. 1996–2000-ci ildə Qərb universitetinin  Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton universitetində  sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.

2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə təhsilini davam etdirib. Ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cı ildə “ADA” Universitetinin  prorektoru təyin edilib.

O, 77 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin VII çağırış deputatlarının seçilməsi üçün keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

Fariz İsmayılzadənin Cenublu.az-a verdiyi müsahibəni təqdim edirik:

– İlk olaraq istəyərdik bilək ki, hansı səbəbdən deputatlığa namizədliyinizi irəli sürdünüz?

– Öz doğma şəhərimə, doğma rayonuma fayda vermək üçün deputat olmaq qərarına gəldim.

– Bilirik ki, bir neçə ölkədə təhsil almısınız və “ADA” universitetində də prorektor vəzifəsini icra edirsiniz. Millət vəkili olsanız bu işlərinizə mane olmayacaq? Ümumiyyətlə prorektorluqdan imtina edəcəksinizmi?

– Bəli, mən 18 ildir ki,  prorektor vəzifəsində çalışıram. Hesab edirəm ki, bu çox gözəl bazadır və gələcəkdə də “ADA” universitetinin həm orta, həm də ali təhsil səviyyəsində müəyyən proqramlarını Lənkərana cəlb edə bilərəm. Bundan başqa xarici partnyorlarla da müəyyən əməkdaşlığı Lənkərana təşviq edə bilərəm.  Bu istiqamətdə hesab etmirəm ki, mane olacaq, əksinə mən böyük baza və resurs kimi “ADA” universitetini bu işlərə cəlb edə bilərəm.

–  Niyə məhz cənub bölgəsindən namizədliyinizi irəli sürdünüz?

– Mən özüm əslən Lənkəranlıyam. Orta məktəbi orada bitirmişəm. 17 il orada yaşamışam. Atam, anam, babam, ulu babam hamsı Lənkəranlıdırlar. Babam Oruc İsmayılov poliklinikada otorinolaringoloq  (burun-boğaz) həkimi, anam isə terapeft olub. Atam orada Meliorasiya sistemində mühəndis kimi çalışıb su kanalları çəkib və Lənkəranı qarış-qarış gəzib. Biz əslən Lənkəranlıyıq, ona görə bu torpaq mənim üçün çox doğma torpaqdır.

– Uzun müddətdir Bakıda yaşayırsınız və namizədliyinizi irəli sürdüyünüz regionun problemləri ilə nə dərəcədə məlumatlısınız?

– Əslində mən Lənkərana tez-tez gəlirəm. Həm qohumlarım həm məktəb yoldaşlarım orada yaşayır. Həm də mən “ADA”-nın və xarici tələbələri, nümayəndə heyyətlərini tez-tez Lənkərana gətirirəm. Demək olar ki, bölgənin həyatını, problemlərini bilirəm. Eyni zamanda da bu kampaniya zamanı mən Lənkərana səkkiz dəfə səfər eləmişəm. Bütün kəndlərdə olmuşam, seçicilərlə görüşürəm, qayğılarını dinləyirəm və yazıram. Özüm üçün bir plan düzəldirəm. Demək olar ki, bölgənin bütün detallarını bilirəm.

– Sizcə regionda yaşayan vətəndaşlar ən çox hansı problemlərlə üzləşir? Rastlaşdığınız problemlərin bir neçəsini sadalaya bilərsiniz?

– Demək olar ki, mənim platformama uyğun problemləri araşdırmışam – əsasən gənclər üçün iş və təhsil imkanları. Bunlar mənim üçün doğma mövzulardır. Lənkəranda daha çox infrastruktur – yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq suruşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur.

– Seçicilərinizə nə demək istərdiniz və nələri vəd edirsiniz?

– Görüşlərimdə də, mətbuatda çəxışlarımda da qeyd etmişəm ki, mən əsasən problemləri Bakıda müvafiq instansiyalar qarşısında qaldıracağam. Parlamentdə regionumuza aid olan problemləri səsləndirəcəm, onların həlli üçün müəyyən resurslar cəlb edəcəm, o cümlədən təhsil proqramlarının təşkili üçün, keyfiyyətli təhsilin təminatı üçün, iş yerlərin açılması üçün müəyyən böyük şirkətlərin istehsalatlarını cəlb edəcəm. Bundan başqa infrastruktur problemlərinin həlli üçün də çalışacağam.


Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər