Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Cinayət işinə gələn il yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə iclasında baxılacaq.
Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıblar.