Dünya logistika şirkətləri olan "FedEx", "DHL", "UPS", "TNT"nin yerli nümayəndələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Araz Vadisi Sənaye Parkında yeni anbarların yaradılması məsələsini müzakirə ediblər. Bu barədə 22 aprel tarixində Sputnik Azərbaycan məlumat verib.
Məlumatda bildirilib ki, bununla bağlı işçi qrupunun yaradılması qərara alınıb.