30 dekabr tarixinə qədər fermerlər payızlıq əkinlərini bəyan etməlidirlər. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyi 15 noyabr tarixində sahibkarlara müraciət edib.
Bəyanları online şəkildə eagro.az saytı vasitəsilə və ya Regional ASAN xidmət mərkəzlərinə, KOB evlərinə və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə getməklə etmək olar.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək.
Payızlıq əkinlər üçün bəyanların son müraciət tarixi 30 dekabrda başa çatır.