Ötən sutka ərzində 18 yanğına çıxış və 9 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda oktyabrın 8-də FHN məlumat verib.
Ümumilikdə 2-si azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğın zamanı 12 nəfər sakin təxliyə olunub. Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.